Çexiyanın Baş naziri Şengen zonasını genişləndirməyə çağırıb

Çexiyanın Baş naziri Şengen zonasını genişləndirməyə çağırıb Vətəndaşların və yüklərin sərbəst hərəkətini nəzərdə tutan Şengen müqaviləsini Bolqarıstan, Rumıniya, Xorvatiya və Serbiyanın hesabına genişləndirmək lazımdır.
Digər ölkələr
1 Sentyabr , 2021 13:54
Çexiyanın Baş naziri Şengen zonasını genişləndirməyə çağırıb

Vətəndaşların və yüklərin sərbəst hərəkətini nəzərdə tutan Şengen müqaviləsini Bolqarıstan, Rumıniya, Xorvatiya və Serbiyanın hesabına genişləndirmək lazımdır.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Çexiyanın Baş naziri Andrey Babiş bildirib.

“Hökumətimiz dəfələrlə Şengen müqaviləsini sadalanan ölkələrin hesabına genişləndirməyi təklif edib”, - o deyib.

Baş nazir qeyd edib ki, Avropa İttifaqının qanunsuz miqrasiya ilə mübarizə və Şengen müqaviləsi zonasının Balkan yarımadası ölkələri hesabına genişləndirilməsi məsələləri ilə bağlı aydın strategiyası yoxdur. Babiş bu məsələləri Sloveniyanın Bled şəhərində keçirilən “Strateji forum” adlı beynəlxalq siyasi konfransda qaldırmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi