Çexiyanın Baş naziri parlamentin sessiyasında küçə söyüşü söyüb

Çexiyanın Baş naziri parlamentin sessiyasında küçə söyüşü söyüb Çexiyanın Baş naziri Petr Fial parlamentin sessiyasında söyüş söyüb.
Digər ölkələr
13 Yanvar , 2022 14:24
Çexiyanın Baş naziri parlamentin sessiyasında küçə söyüşü söyüb
Petr Fial

Çexiyanın Baş naziri Petr Fial parlamentin sessiyasında söyüş söyüb.

“Report” xəbər verir ki, bu barədə yerli “Novinky” qəzeti bildirib.

Məlumata görə, mikrofonun açılmasını hiss etməyən Baş nazir parlamentdə hökumətə etimadın ləngiməsini küçə söyüşü ilə ifadə edib.

Baş nazirin mətbuat katibi Vaslav Smolka bildirib ki, Fial da adamıdır: “O, tədbirin başlaması ləngidiyi üçün təsadüfən söyüş söyüb”.

Ehtimal edilir ki, Baş nazir deputatların hökumətə etimad göstərmək üçün toplanmaq istəmədiklərindən narahatlığını belə büruzə verib.

Məlumata görə, deputatlar səs vermək üçün toplaşmaq istəmirmiş.

Son xəbərlər

Orphus sistemi