Çexiyanın Baş naziri ölkəsinin Aİ-dən çıxmasına qəti etiraz edir

Çexiyanın Baş naziri ölkəsinin Aİ-dən çıxmasına qəti etiraz edir Qaçqınların Aİ çərçivəsində bölünməsini nəzərdə tutan sabit mexanizm həll yolu deyildir
Digər ölkələr
21 Yanvar , 2016 21:04
Çexiyanın Baş naziri ölkəsinin Aİ-dən çıxmasına qəti etiraz edir

Bakı. 21 yanvar. REPORT.AZ/ Miqrasiya dalğasının öhdəsindən ayrı-ayrı addımlar deyil, yalnız Avropa əməkdaşlığı gələ bilər. Bu sözləri Çexiyanın Baş naziri Boquslav Sobotka miqrasiya haqqında müzakirələr zamanı deputatlara söyləyib. O, Çexiyanın Aİ-dən çıxması, yaxud Çexiyanın hasara alınması barədə təkliflərə qarşı kəskin mənfi mövqe tutub.

Boquslav Sobotka onu da vurğulayıb ki, miqrasiya böhranının tənzimlənməsinə sadə reseptlər təsir göstərməyəcək. Onun fikrincə, miqrasiya siyasətinin qaydaları və məhdudiyyətləri olmalıdır. Baş nazir deyib: “Hesab edirəm ki, Avropa müharibələrdən və təqiblərdən qaçan insanlara kömək etməlidir, lakin bunu öz təhlükəsizliyi hesabına etməməlidir”.

B.Sobotkanın fikrincə, qaçqınların Aİ çərçivəsində bölünməsini nəzərdə tutan sabit mexanizm həll yolu deyildir. Vahid təsirli Avropa mexanizminin tapılmaması Şengen məkanının mövcudluğunu təhlükə altına qoyur”.

Son xəbərlər

Orphus sistemi