Bakı. 15 noyabr. REPORT.AZ/ Çex Respublikası Senatı Baş nazir Andrey Babişi istefa verməyə çağırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, həm də iri sahibkar olan A.Babişin şirkətlərindən birinə
Senatın sözügedən qərarı A.Babişin dəvət olunduğu bugünkü iclasa vaxt azlığını əsas gətirərək gəlməməsindən və nə vaxt gələcəyini bildirməməsindən sonra verilib.
“Son günlər “Leylək yuvası” şirkəti barədə KİV-də gedən xəbərlər bu məsələnin araşdırılmasının müstəqil aparılmamasına dair şübhələr oyadır. Senat bu məsələdən yan keçə bilməz”, - Senatın iclasından sonra yuxarı palatada üstün mövqedə olan Vətəndaş Demokrat Partiyası fraksiyasının rəhbəri Miloş Vistrçil jurnalistlərə bildirib.