Çexiyalı milyarder helikopter qəzasında ölüb

Çexiyalı milyarder helikopter qəzasında ölüb “Forbes” 56 yaşlı Petr Kelnerin sərvətini 17,5 milyard ABŞ dolları həcmində qiymətləndirir
Digər ölkələr
29 Mart , 2021 11:36
Çexiyalı milyarder helikopter qəzasında ölüb
Petr Kelner

Çexiyanın ən varlı adamı Petr Kelner Alyaska ştatındakı Byutt şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində ölənlər arasında olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” onun rəhbərlik etdiyi PPF şirkətinə istinad edərək məlumat verib.

Xatırladaq ki, dünən “Associated Press” agentliyi “Eurocopter AS50” helikopterinin qəzaya uğraması nəticəsində azı beş nəfərin öldüyünü bildirmişdi.

Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır.

“Forbes” 56 yaşlı Petr Kelnerin sərvətini 17,5 milyard ABŞ dolları həcmində qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi