Çexiyada vertolyot qəzaya uğrayıb, ölənlər var

Çexiyada vertolyot qəzaya uğrayıb, ölənlər var Bakı. 6 sentyabr. REPORT.AZ/ Çexiyada yüngülmühərrikli, şəxsi vertolyot qəzaya uğrayıb.
Digər ölkələr
6 Sentyabr , 2018 00:15
Çexiyada vertolyot qəzaya uğrayıb, ölənlər var

Bakı. 6 sentyabr. REPORT.AZ/ Çexiyada yüngülmühərrikli, şəxsi vertolyot qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində, Plzen şəhərində baş verib.

Ölkənin Yanğın Mühafizəsi İdarəsinin nümayəndəsi Petr Ponçarın sözlərinə görə, "Robinson R44" vertolyotu Plzendə alçaqdan uçan zaman manevrdən sonra gözlənilmədən havada çevrilib və şəhərin cənubundakı sexlərdən birinin üstünə düşüb.

Hadisə zamanı vertolyotda olan şəxslərdən ikisi qəza yerindəcə həlak olub. Vertolyotdakı daha iki nəfər isə ağır xəsarət alıblar. 

"Həkimlərin hadisə yerinə operativ gəlmələrinə baxmayaraq, tibbi yardımın onlara köməyi olmayıb, yaralılar ölüblər", - deyə Ponçar bildirib. Ölənlərdən 3-ü kişi, 1-i qadındır. 

Son xəbərlər

Orphus sistemi