Bakı. 8 sentyabr. REPORT.AZ/ Çexiyada təyyarə qəzası baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında, Tepliça şəhəri yaxınlığında qeydə alınıb.
Yüngülmühərrikli idman təyyarəsinin yerə çırpılaraq yanması nəticəsində 1 nəfər ölüb. Şahidlərin sözlərinə görə, enmədən əvvəl manevr edən təyyarəçi küləyin əks təsirini düzgün hesablaya bilməyib.
Hadisənin səbəbini aviasiya ekspertlərindən və polis təhqiqatçılarından ibarət komissiya araşdırır.