Çexiyada təyyarə qəzası olub, ölən və xəsarət alan var

Çexiyada təyyarə qəzası olub, ölən və xəsarət alan var Çexiyanın cənubundakı Pisek şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
21 İyun , 2021 01:52
Çexiyada təyyarə qəzası olub, ölən və xəsarət alan var

Çexiyanın cənubundakı Pisek şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Xilasedicilərin və yanğınsöndürənlərin birləşmiş xidmətinin nümayəndəsi Zuzana Faytova bildirib.

Qeyd edilir ki, hadisə zamanı təyyarədə iki nəfər olub, onlardan biri ölüb.

"Pisek şəhərinin Ysskovise kəndində idman təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə olan iki nəfərdən biri həlak olub. Digər yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb", - o qeyd edib.

Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib. Faciənin başvermə şəraitini araşdıran ekspertlər komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi