Çexiyada təyyarə qəzası baş verib, ölənlər var

Çexiyada təyyarə qəzası baş verib, ölənlər var Çexiyada yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
4 Sentyabr , 2021 18:24
Çexiyada təyyarə qəzası baş verib, ölənlər var

Çexiyada yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə polisinin nümayəndəsi Lusia Novotna məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Praqa yaxınlığında qeydə alınıb.

“Kladno rayonunda aviaqəza nəticəsində 2 nəfər həlak olub”, - deyə o bildirib.

Polis hadisənin başvermə səbəbləri ilə bağlı təhqiqat aparır. Qəzanın digər təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi