​Çexiyada silahlı insident nəticəsində 9 nəfər ölüb

​Çexiyada silahlı insident nəticəsində 9 nəfər ölüb Çexiya hakimiyyəti insidenti terror aktını kimi qeydə almayıb
Digər ölkələr
24 Fevral , 2015 23:36
​Çexiyada silahlı insident nəticəsində 9 nəfər ölüb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Çexiyanıın Uqerski-Brod şəhərindəki "Dostluq" restoranında silahlı insident nəticəsində 9 nəfər ölüb.

"Report" "Czech TV"yə istinadən xəbər verir ki, hadisə nəticəsində daha bir qadın yaralanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, atışmadan öncə güclü partlayış baş verib. Təqribən 20 nəfərin olduğu restorana naməlum silahlı şəxs daxil olaraq nizamsız şəkildə atəş açmağa başlayıb. O, 25 dəfə atəş açıb.

Polisin məlumatına görə, atəş açan şəxs zərərsizləşdirilib. Hadisənin səbəbləri araşdırılır. Hazırda yalnız o məlumdur ki, atəş açan şəxs 60 yaşlı yerli sakin olub.

Çexiyanın daxili işlər naziri Milan Xovanets bildirib ki, restoran müştərilərinin güllələnməsi terror aktı olmayıb. Bu barədə o, fevralın 24-də öz "Twitter" səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi