Çexiyada parlament seçkilərinin nəticələri açıqlanıb

Çexiyada parlament seçkilərinin nəticələri açıqlanıb Çexiya Mərkəzi Statistika İdarəsi ölkə parlamentinə keçirilən seçkilərin rəsmi nəticələrini açıqlayıb.
Digər ölkələr
10 Oktyabr , 2021 11:29
Çexiyada parlament seçkilərinin nəticələri açıqlanıb

Çexiya Mərkəzi Statistika İdarəsi ölkə parlamentinə keçirilən seçkilərin rəsmi nəticələrini açıqlayıb.

"Report" xəbər verir ki, seçkilərin qalibi 3 liberal partiya və hərəkatı birləşdirən "Birlikdə" koalisiyası olub. Belə ki, Vətəndaş Demokratik Partiyası, Xristian Demokratik Hərəkatı və "TOP 09" hərəkatını birləşdirən koalisiya 27,79% səs toplayaraq parlamentdə 71 mandat alacaq.

İkinci yeri 27,12%-lə parlamentdə 72 yer qazanan Baş nazir Andrey Babişin ANO mərkəzçi hərəkatı tutur.

Üçüncü yerdə Pirat Partiyası və "Başlar və Müstəqillər" hərəkatından ibarət digər liberal koalisiya gəlir. Bu koalisiya 15,62% və 37 yer əldə edib.

"Azadlıq və Birbaşa Demokratiya" avroskeptik hərəkatı da parlamentə daxil olub - 9,56% və 20 yer.

Ölkənin qocaman iki partiyası Sosial Demokrat və Kommunist Partiyaları isə qanunverici orqana daxil ola bilməyib. Qeyd edək ki, bu, 1921 -ci ildən bəri kommunistlər arasında ilk dəfə baş verir. Hər iki tərəf 5%-lik baryeri aşa bilməyib və partiyaların rəhbərliyi istefa verib.

Seçkilərdə seçici fəalliğı 65,43% təşkil edib.

Son xəbərlər

Orphus sistemi