Çexiyada parlament seçkilərində milyarder Andrey Babişin partiyası qalib gəlib - YENİLƏNİB

Çexiyada parlament seçkilərində milyarder Andrey Babişin partiyası qalib gəlib - YENİLƏNİB NVA hərəkatı parlamentdə 200 yerdən 78-ni əldə edib
Digər ölkələr
22 Oktyabr , 2017 02:26
Çexiyada parlament seçkilərində milyarder Andrey Babişin partiyası qalib gəlib - YENİLƏNİB

Bakı. 22 oktyabr. REPORT.AZ/ Çexiya Parlamentinin Aşağı Palatasına keçirilən seçkilərdə milyarder Andrey Babişin "Narazı Vətəndaşlar Aksiyası" sağ-mərkəzçi hərəkatı (NVA) qalib gəlib.

“Report” xəbər verir ki, NVA 31% səs toplayaraq parlamentdə 200 yerdən 78-ni əldə edib.

Seçkilərdə ikinci yeri "Azadlıq və Açıq Demokratiya" partiyası tutub. O, seçicilərin 11,3%-nin etimadını qazana bilib.


***22:58

Bakı. 21 oktyabr. REPORT.AZ/ Çexiya Parlamentinin Aşağı Palatasına keçirilən seçkilərdə səslərin yarısının hesablanmasından sonra milyarder Andrey Babişin mərkəzçi ANO hərəkatı inamlı qələbə qazanır.

“Report” xəbər verir ki, hərəkat seçici səslərinin 31%-ni toplayıb.

RİA "Novosti"nin məlumatına görə, onun ardınca gələn "Azad və Açıq Demokratiya" (AAD) – 11,3% və Vətəndaş Demokrat Partiyası (VDP) – 10,2% səs toplayıb. Seçkilərdə seçici iştirakı 59% təşkil edib.

Bildirilir ki, kommunistlərin 8,5% səs toplaması gözlənilməz nəticə olub.

Son xəbərlər

Orphus sistemi