Çexiyada koronavirusun yayılması səngiyib

Çexiyada koronavirusun yayılması səngiyib Çexiyada son 2 həftədə ilk dəfə ötən gün koronavirusdan ölüm hadisəsi qeydə alınmayıb.
Digər ölkələr
30 Aprel , 2020 14:51
Çexiyada koronavirusun yayılması səngiyib
0 : 00
0 : 00

Çexiyada son 2 həftədə ilk dəfə ötən gün koronavirusdan ölüm hadisəsi qeydə alınmayıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Mərkəzi Avropa ölkəsində günlük yoluxma sayı 8 gündür 100-ü ötmür.

Bildirilib ki, Çexiyada indiyədək 7 581 nəfər virusa yoluxub. Onlardan 3 120 nəfər sağalsa da, 227 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 233 000-i ötüb. Bunların 1 007 653 nəfəri sağalıb, 228 520 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi