Yuxarı
    Bağlamaq

    Çexiyada Maşınqayırma Zavodunda baş vermiş partlayışda xəsarət alanların sayı 19 nəfərə çatıb - YENİLƏNİB

    Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır

    Bakı. 23 fevral. REPORT.AZ/ Çexiyanın şimal-şərqində yerləşən Şimali Moraviya əyalətindəki Poliçka şəhərində Maşınqayırma Zavodunda baş vermiş partlayışda xəsarət alanların sayı 19 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "TASS" agentliyinə ölkənin yanğın idarəsinin rəsmisi Aleş Çernoqorsk məlumat verib. 

    Məlumatda bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar arasında yanğınsöndürənlər də var. 

    Qeyd edək ki, zavodda içərisi partlayıcı dolu ilə çən partlayıb. Müəssisənin ərazisində yanğının qarşısını almaq üçün 12 yanğınsöndürmə briqadası cəlb edilib.


    ***17:47

    Çexiyanın şimal-şərqində yerləşən Şimali Moraviya əyalətindəki Poliçka şəhərində Maşınqayırma Zavodunda partlayış baş verib.

    "Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

    Polisdən verilən məlumata görə, içərisi partlayıcı dolu ilə çən partlayıb, 12 yaralıdan 3-nün vəziyyəti ağırdır. Bildirilib ki, müəssisənin ərazisində yanğın olub və alovun qarşısını almaq üçün 12 yanğınsöndürmə briqadası cəlb edilib.

    Polis məmuru Qan Kayzerovun verdiyi məlumata görə, hələlik yanğını tam söndürmək olmayıb, zavodun sexlərində maye təbii qaz və digər partlayıcı maddələr olduğundan ara-sıra partlayış səsləri gəlir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi