Çexiyada güclü külək minlərlə evi işıqsız qoyub, qatarların hərəkəti dayanıb

Çexiyada güclü külək minlərlə evi işıqsız qoyub, qatarların hərəkəti dayanıb Çexiyanın bir sıra regionlarında güclü külək minlərlə evi işıqsız qoyub və qatarların hərəkətini dayandırıb.
Digər ölkələr
22 iyun 2023 01:11
Çexiyada güclü külək minlərlə evi işıqsız qoyub, qatarların hərəkəti dayanıb

Çexiyanın bir sıra regionlarında güclü külək minlərlə evi işıqsız qoyub və qatarların hərəkətini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Çexiya radiosu məlumat yayıb.

Praqa ilə bir neçə şəhər arasında dəmir yolu əlaqəsi kəsilib. Ölkənin bir çox bölgələrində qatarlar qrafikdən gec hərəkət edir.

Bununla yanaşı, ölkənin cənub-qərbində bir neçə yolda avtomobillərin hərəkəti dayandırılıb. Opava şəhəri yaxınlığında yerləşən Otice kəndində güclü külək onlarla evə ziyan vurub. Onların bir çoxunun damları zədələnib.

Son xəbərlər

Orphus sistemi