Çexiyada gecələr küçəyə çıxmaq qadağan olundu

Çexiyada gecələr küçəyə çıxmaq qadağan olundu Çexiya hökuməti COVID-19 xəstəliyinə yoluxmanın artmasına qarşı mübarizə üçün vətəndaşlara oktyabrın 28-dən noyabrın 3-dək axşam saat 21:00-dan səhər saat 05:00-a qədər küçəyə çıxmağı qadağan edib.
Digər ölkələr
1633
27 Oktyabr , 2020 08:36
Çexiyada gecələr küçəyə çıxmaq qadağan olundu

Çexiya hökuməti COVID-19 xəstəliyinə yoluxmanın artmasına qarşı mübarizə üçün vətəndaşlara oktyabrın 28-dən noyabrın 3-dək axşam saat 21:00-dan səhər saat 05:00-a qədər küçəyə çıxmağı qadağan edib.

Bu barədə "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, işə getmək və digər təcili tədbirlər, həmçinin ev itlərini mənzildən 500 metrə qədər məsafədə gəzdirmək istisna təşkil edir.

Vətəndaşlar gündüz işə getmək üçün evdən çıxa, qohumlara baş çəkə, ərzaqlar və dərmanlar ala bilərlər.

Qeyd edək ki, Çexiyada koronavirusa yoluxma halları artır. Son məlumatlara görə, ölkədə 162 866 COVID-19 xəstəsi aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi