Çexiyada COVID-19-a sutkalıq rekord yoluxma halı qeydə alınıb

Çexiyada COVID-19-a sutkalıq rekord yoluxma halı qeydə alınıb Çexiyada ötən sutkada 1 447 nəfərə COVID-19 diaqnozu qoyulub
Digər ölkələr
391
12 Sentyabr , 2020 09:54
Çexiyada COVID-19-a sutkalıq rekord yoluxma halı qeydə alınıb

Çexiyada ötən sutkada 1 447 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Milli Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, daha öncəki günlə müqayisədə sutkalıq yoluxma sayı 65 nəfər artıb.

Əhalisi 10,7 milyon nəfər olan Mərkəzi Avropa ölkəsində indiyədək 33 860 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 450 nəfər ölüb, 21 150 nəfər sağalıb.

Hazırda ölkədə 12 260 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, Çexiyanın paytaxtı Praqada iyunun 30-da - koronavirusun yayılmasının səngidiyi dövrdə - pandemiyaya vida ziyafəti verilib.

Son xəbərlər

Orphus sistemi