​Çexiyada bir nəfər MERS virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilib

​Çexiyada bir nəfər MERS virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilib Həkimlər onda soyuqdəymə və qızdırma əlamətləri aşkar ediblər
Digər ölkələr
17 İyun , 2015 05:35
​Çexiyada bir nəfər MERS virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Bakı. 17 İyun. REPORT.AZ/ Cənubi Koreyadan ölkəsinə qayıdan Çexiya vətəndaşı Yaxın Şərq respirator sindromu (MERS) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin səhiyyə naziri Svatopluk Nemeçek məlumat verib.

1989-cu il təvəllüdlü kişi Cənubi Koreyadan mayın 30-da gəlib. Həkimlər onda soyuqdəymə və qızdırma əlamətləri aşkar ediblər.

Analiz nəticələrinin bu gün səhər hazır olacağı gözlənilir.

Hazırda Cənubi Koreyada bu virusa 154 yoluxma hadisəsi qeydə alınıb. Artıq 19 nəfər dünyasını dəyişib.

Bundan əvvəl virusa yoluxan 65 yaşlı Almaniya vətəndaşı vəziyyətinin ağırlaşması nəticəsində vəfat edib.

Son xəbərlər

Orphus sistemi