Çexiyada 4 nəfər donvurmadan ölüb

Çexiyada 4 nəfər donvurmadan ölüb Yaxın günlərdə ölkədə havanın temperaturu mənfi 20 dərəcədən aşağı düşəcək
Digər ölkələr
8 Yanvar , 2017 21:57
Çexiyada 4 nəfər donvurmadan ölüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Çexiyada son üç gün ərzində ən azı 4 nəfər evsiz-eşiksiz şəxs soyuq havaların qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Český" radiosu məlumat yayıb.

Ölənlərdən ikisinin meyiti Praqa və Karvina şəhərlərində aşkar edilib.

Həkimlərin sözlərinə görə, onların ölümünə "güclü donvurma" səbəb olub. Yerli icra orqanları və humanitar təşkilatların soyuq havalar dövründə sığınacaqlar təşkil etməsinə baxmayaraq, ölən şəxslər bu imkanlardan istifadə etməyiblər.

Meteoroloqların proqnozlarına əsasən, yaxın günlərdə Çexiya ərazisində havanın temperaturu mənfi 20 dərəcədən aşağı düşəcək.

Son xəbərlər

Orphus sistemi