​Çexiya yəhudiləri Putinin Praqa səfərinə razı deyil

​Çexiya yəhudiləri Putinin Praqa səfərinə razı deyil Onlar "indiki siyasi şəraitdə" bunu "məqsədəuyğun" saymır
Digər ölkələr
20 Dekabr , 2014 10:52
​Çexiya yəhudiləri Putinin Praqa səfərinə razı deyil

Bakı. 20 dekabr. REPORT.AZ/ Çexiyadakı Yəhudi İcmaları Federasiyası Cəmiyyəti Praqada Holokost qurbanlarının yad edilməsi tədbirində Rusiya prezidenti Vladimir Putinin iştirak etməsini "məqsədəuyğun" saymadıqlarını bildirib.

"Report" "gazeta.ru"ya istinadən xəbər verir ki, Putini bu tədbirə Çexiya prezidenti Miloş Zeman dəvət edib. Holokostla bağlı tarixi hadisəyə həsr edilən forum 2015-ci il yanvarın 26-27-də Praqada keçiriləcək.

Çexiyalı yəhudilər hesab edir ki, "indiki siyasi şəraitdə" Putinin o tədbirdə iştirakı "məqsədəuyğun" deyil.

Məlumatda bildirilib ki, forumda Ukrayna prezidenti Pyotr Poroşenkonun da iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi