Çexiya XİN əməkdaşlarının poçt ünvanlarının sındırıldığını bildirib

Çexiya XİN əməkdaşlarının poçt ünvanlarının sındırıldığını bildirib Lyubomir Zaoralek: "Hakerlər böyük ehtimalla ölkə xaricində fəaliyyət göstəriblər"
Digər ölkələr
31 Yanvar , 2017 17:55
Çexiya XİN əməkdaşlarının poçt ünvanlarının sındırıldığını bildirib

Bakı. 31 yanvar. REPORT.AZ/ Naməlum hakerlər Çexiya Xarici İşlər Nazirliyinin serverini sındıraraq qurumun onlarla əməkdaşının elektron poçtlarına çıxış əldə ediblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Çexiya XİN-dən məlumat veriblər.

XİN başçısı Lyubomir Zaoralekin sözlərinə görə, sındırılmanın xarakteri ABŞ-da seçki kampaniyası zamanı Demokratlar Partiyasının serverlərinə edilən kiberhücumla oxşardır.

L.Zaoralek ekspertlərin hakerlərin böyük ehtimalla ölkə xaricindən fəaliyyət göstərdiyi qənatinə gəldiyini də əlavə edib. Amma o, kiberhücumun ola biləcəyi ölkənin adını çəkməyib.

Nazir hakerlərin hansısa məxfi məlumatlara çıxış əldə edə bilmədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi