Çexiya və Ukrayna baş nazirləri ölkənin bərpası barədə müzakirə aparıb

Çexiya və Ukrayna baş nazirləri ölkənin bərpası barədə müzakirə aparıb Çexiyanın baş naziri Petr Fiala İsveçrənin Luqano şəhərində keçirilən beynəlxalq konfransda ukraynalı həmkarı Denis Şmıqalla görüşüb.
Digər ölkələr
5 İyul , 2022 04:39
Çexiya və Ukrayna baş nazirləri ölkənin bərpası barədə müzakirə aparıb

Çexiyanın baş naziri Petr Fiala İsveçrənin Luqano şəhərində keçirilən beynəlxalq konfransda ukraynalı həmkarı Denis Şmıqalla görüşüb.

"Report" xəbərt verir ki, bu barədə Petr Fiala tviterdə bildirib.

Fiala qeyd edib ki, Praqanın iyulun 1-dən başlayan Avropa İttifaqına sədrliyinin əsas prioritetlərindən biri Ukraynanın bərpasıdır.

Eyni zamanda çexiyalı nazir vurğulayıb ki, inkişaf edən münaqişə fonunda Ukraynanın bərpası prosesinin dəqiq nə vaxt başlayacağını proqnozlaşdıra bilmir.

Son xəbərlər

Orphus sistemi