Çexiya Parlamenti Şimali Makedoniyanın NATO-ya üzv olmasını təsdiqləyib

Çexiya Parlamenti Şimali Makedoniyanın NATO-ya üzv olmasını təsdiqləyib Çexiya parlamenti səs çoxluğu ilə Şimali Makedoniyanın NATO-ya daxil olmasını təsdiqləyib.
Digər ölkələr
13 Sentyabr , 2019 04:14
Çexiya Parlamenti Şimali Makedoniyanın NATO-ya üzv olmasını təsdiqləyib

Çexiya parlamenti səs çoxluğu ilə Şimali Makedoniyanın NATO-ya daxil olmasını təsdiqləyib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bunun üçün 148 deputatın 124-i səs verib.

"Şimali Makedoniya NATO və Avropa İttifaqına gedən yolda uzunmüddətli dəstəyimizə malikdir. Şadam ki, parlament ölkənin alyansa qoşulmasına dair razılaşmanı təsdiqlədi. Bu həm də digər dövlətlərə NATO-nun qapalı klub olmadığına dair bir siqnaldır", deyə səsvermədən sonra ölkənin Xarici İşlər naziri Tomas Petrşiçek bildirib.

Şimali Makedoniyanın alyansa daxil olmasını, NATO-nun hazırkı 29 üzvündən 21-i təsdiq edib.

Son xəbərlər

Orphus sistemi