Çexiya Qüdsdə fəxri konsulluq açıb

Çexiya Qüdsdə fəxri konsulluq açıb Bakı. 29 may. REPORT.AZ/ Bu gün Çex Respublikası Qüds şəhərində fəxri konsulluq açıb.
Digər ölkələr
29 May , 2018 19:34
Çexiya Qüdsdə fəxri konsulluq açıb

Bakı. 29 may. REPORT.AZ/ Bu gün Çex Respublikası Qüds şəhərində fəxri konsulluq açıb. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, məlumatı Praqanın "Mlada fronta Dnes" qəzeti yayıb. 

Ölkənin Qüdsdə fəxri konsulu vəzifəsinə çex əsilli israilli sahibkar Dan Propper təyin edilib. 

Nəşr qeyd edir ki, Qüdsdə fəxri konsulluğun açılması, əsasən, iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi