Bakı. 3 sentyabr. REPORT.AZ/ Çexiya hakimiyyəti Macarıstandan ora gələn suriyalı qaçqınların əksəriyyətinə maneəsiz Almaniyaya getmək imkanı verib.
"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Çexiya polisinin rəsmi nümayəndəsi Katerina Rendlova məlumat verib.
"Biz onlara ölkə ərazisini 7 gün ərzində tərk etmək şərti ilə sərbəst hərəkət etmək imkanı yaradacağıq və onları vağzala ötürəcəyik", - deyə o qeyd edib.