Çexiya Prezidentinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma başlanıb

Çexiya Prezidentinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma başlanıb Çex Respublikasının polisi Prezident Miloş Zemanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırmaya başlayıb.
Digər ölkələr
19 Oktyabr , 2021 13:11
Çexiya Prezidentinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma başlanıb
Miloş Zeman

Çex Respublikasının polisi Prezident Miloş Zemanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırmaya başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlətə qarşı mümkün ola biləcək qanunsuz hərəkətlər araşdırılır.

Qeyd edək ki, M.Zemanın sağlıq durumunun dövlət başçısı kimi səlahiyyətlərinin icrasına imkan vermədiyi açıqlanıb. Bu baxımdan onun prezident səlahiyyətlərindən məhrum edilməsi və ölkə parlamentinin spikerinə ötürülməsi istiqamətində prosedur başlayıb.

Çexiya Konstitusiyasının 66-cı maddəsinə uyğun olaraq, M.Zemanın prezident səlahiyyətlərindən məhrum edilməsi ilə bağlı son qərar parlamentin yuxarı və aşağı palatalarının iclaslarında səs çoxluğu ilə qəbul oluna bilər.

Polşa Senatının növbəti iclası oktyabrın 26-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi