"Rusiya ilə Ukrayna arasında danışıqlar bu ilin sonuna kimi baş verənlərdən asılıdır".
“Report” xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel ABŞ-ın “The New York Times” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynaya hərbi dəstək üçün fürsətlər bu ilin sonuna qədər azalacaq: “Gələn il ABŞ-də və digər ölkələrdə seçkilər keçiriləcək. Bundan sonra müttəfiqlərin Ukraynaya hazırkı dəstəyi qoruyub-saxlaya biləcəkləri hələ məlum deyil”.
Dövlət başçısının sözlərinə görə, gələn il Ukraynaya dəstək azala bilər.
Qeyd edək ki, müttəfiqlərin bir çoxu, o cümlədən, ABŞ Ukraynaya dəstəyin gələcəkdə də davam edəcəyini bildiriblər.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.