Çex Respublikasında koronavirusla bağlı ən yüksək təhlükə elan edildi

Çex Respublikasında koronavirusla bağlı ən yüksək təhlükə elan edildi Çex Respublikasında COVID-19 ilə bağlı ən yüksək olan beşinci dərəcəli epidemioloji təhlükə elan edilib.
Digər ölkələr
1407
23 Dekabr , 2020 16:37
Çex Respublikasında koronavirusla bağlı ən yüksək təhlükə elan edildi

Çex Respublikasında COVID-19 ilə bağlı ən yüksək olan beşinci dərəcəli epidemioloji təhlükə elan edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yan Blatnı məlumat verib.

O, ölkədə yeni məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb.

Belə ki, dekabrın 27-dən apteklər, ərzaq və məişət malları dükanlarından başqa, bütün ticarət müəssisələri bağlanır. Həmçinin saat 21-dən 5-dək komendant saatı tətbiq olunur. Küçədə iki nəfərdən artıq toplaşmaq qadağan olunur.

Bundan əvvəl ölkədə iaşə məkanları, mədəniyyət və idman mərkəzləri də bağlanmışdı. Yanvarın 22-dək fövqəladə vəziyyət elan edilmişdi.

Son xəbərlər

Orphus sistemi