Yuxarı

Çernobıl AES: dağılmış reaktor üzərində tikilən yeni sarkofaq üçün 70 milyon avro ayrılacaq

Vəsait çatışmazlığı səbəbindən yeni sarkofaqın tamamlanması 2017-ci ilə qədər təxirə salınıb

Баку. 28 апреля. REPORT.AZ/ Avropa Komissiyası Ukraynaya Çernobıl Atom Elektrik Stansiyasına yeni sarkofaqın tikintisinin tamamlanması üçün daha 70 milyon avro ayırmaq niyyətindədir.

"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bunu Kiyevdə Ukrayna - Avropa İttifaqı sammitinin yekunlarına əsasən Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.

Hazırda Ukraynanda hökm sürən ağır siyasi böhran ölkə iqtisadiyyatına və büdcə sahəsinə də mənfi təsir göstərib. Buna baxmayaraq, prezident Petr Poroşenko Çernobıl Atom Elektrik Stansiyasının qəza nəticəsində dağılmış reaktoru üzərində tikilən sarkofaqı tamamlamağa söz verib.

Qeyd edək ki, qəzalı enerji bloku üzərində ilk sarkofaq fövqəladə vəziyyətdən dərhal sonra tikilmişdi. Lakin son illər o, köhnələrək dağılmağa başlayıb. 2007-ci ilin sonlarında Fransa kompaniyalarının başçılıq etdiyi NOVARKA konsorsiumu yeni sarkofaqın hazırlanmasını öz üzərinə götürüb. Polad konstruksiyanın daxilində texnoloji korpus və köməkçi qurğular yerləşəcəkdi.

Tikintini 2015-ci ildə yekunlaşdırmaq planlaşdırılsa da, vəsait çatışmazlığı səbəbindən yeni sarkofaqın tamamlanması 2017-ci ilin noyabr ayına qədər təxirə salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi