Cənubi və Şimali Koreyanın fəhlələri futbol oynayacaq

Cənubi və Şimali Koreyanın fəhlələri futbol oynayacaq Şimali Koreya rəhbəri Kim Çen İn isə deyib ki, Koreya Xalq Ordusunun hərbi hazırlığında radikal dönüş etmək lazımdır
Digər ölkələr
1 May , 2015 10:48
Cənubi və Şimali Koreyanın fəhlələri futbol oynayacaq

Bakı. 1 may. REPORT.AZ/ Şimali və Cənubi Koreya həmkarlar təşkilatlarının qərarına əsasən, 1 may beynəlxaq zəhmətkeşlər günü münasibəti ilə iki dövlətin fəhlə kollektivlər arasında "vətənin birləşməsi maraqları üçün" devizi altında futbol qarşılaşması keçirilib. "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Xəbərə görə, 1 maya həsr edilən tədbirlər Şimali Koreyanın bütün rayon və şəhərlərində dövlətin liderləri olmuş ata-oğul - Kim İr Sen və Kim Çen İrin heykəllərinin önünə gül dəstələrinin qoyulması ilə başlayıb.

Şimali Koreyanın indiki lideri, nəvə Kim Çen İn isə 1 maya həsr edilən toplantıda deyib: "Koreya Əmək Partiyasının strateji xəttinə uyğun olaraq, Koreya Xalq Ordusunun hərbi hazırlığında radikal dönüş etmək lazımdır".

Partiyanın mərkəzi qəzeti isə 1 maya həsr etdiyi baş məqalədə "kapitalizmin gələcəyinin olmayacağını" vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi