​Cənubi Sudanda yüz minədək dinc sakin öz evini tərk edib

​Cənubi Sudanda yüz minədək dinc sakin öz evini tərk edib BMT direktoru: ""Beynəlxalq Humanitar Qanuna" əsasən, münaqişə aparan tərəflər dinc sakinlrər zərər vurmamalıdır"
Digər ölkələr
9 May , 2015 14:11
​Cənubi Sudanda yüz minədək dinc sakin öz evini tərk edib

Bakı. 9 may. REPORT.AZ/ Cənubi Sudanda günü-gündən artan zorakılıq halları ucbatından ölkənin şimalında yerləşən Yuniti əyalətində yüz minədək sakin öz evini tərk edib.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin Humanitar məsələlər üzrə direktoru Tobi Lantser bildirib.

Onun sözlərinə görə, zorakılığa ən çox məruz qalan Quit, Nqor və Nhialdu rayonlarının dinc sakinlərdir. BMT təmsilçisi qeyd edib ki, hazırda sakinlər əkinlə məşğul olmalıdır, ancaq zorakılıq halları onların işlə məşğul olmasına ciddi problemlər yaradır. "Beynəlxalq Humanitar Qanuna" əsasən, münaqişə aparan tərəflər dinc sakinlərə zərər vurmamalıdır", - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi