Cənubi Sudanda silahlı qarşıdurmada 270 nəfər ölüb

Cənubi Sudanda silahlı qarşıdurmada 270 nəfər ölüb Toqquşma prezident tərəfdarları ilə onun keçmiş müavinini dəstəkləyənlər arasında baş verib
Digər ölkələr
10 İyul , 2016 18:51
Cənubi Sudanda silahlı qarşıdurmada 270 nəfər ölüb

Bakı. 10 iyul. REPORT.AZ/ Cənubi Sudanın mərkəzi şəhəri Cubedə silahlı toqquşma nəticəsində 270-dən çox insan ölüb.

"Report" TASSa istinadən xəbər verir ki, bu haqda rəsmi qurumlar məlumat yayıb.

İnfromasiyaya görə, toqquşma prezident Salva Kiirin tərəfdarları ilə keçmiş qiyamçıların başçısı Riek Maşarı dəstəkləyənlər arasında baş verib.

Məlumatda bildirilib ki, hadisə BMT-nin bu ölkədəki nümayəndəliyinin binası yerləşdiyi rayonda olub.

Qeyd edək ki, 2013-cü ilin dekabrında prezident Salva Kiir müavini Riek Maşarı tutduğu vəzifədən azad edib.

Son xəbərlər

Orphus sistemi