Yuxarı
    Bağlamaq

    Cənubi Sudanda avtomobil karvanı atəşə tutulub, 15 nəfər ölüb

    Cinayətkarlar iki mülki və bir hərbi nəqliyyat vasitəsini atəşə tutublar

    Bakı. 8 iyun. REPORT.AZ/ Cənubi Sudanda yol ilə hərəkətdə olan nəqliyyat vasitələri silahlı dəstənin hücumuna məruz qalıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hücum Moli kəndi yaxınlığında baş verib.

    Qeyd olunur ki, atəşə iki mülki və bir hərbi nəqliyyat vasitəsi məruz qalıb.

    Nəticədə 15 nəfər həlak olub. Daha 9 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Afrika ölkəsinin hökuməti insidentin araşdırılması ilə məşğul olur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi