Cənubi Sudanda 1 milyon insan aclıq həddindədir

Cənubi Sudanda 1 milyon insan aclıq həddindədir Cari vəziyyət döyüş əməliyyatlarının başlanğıcı anından ərzaq təhlükəsizliyi sahəsində ən ciddi faciədir
Digər ölkələr
21 Fevral , 2017 05:49
Cənubi Sudanda 1 milyon insan aclıq həddindədir

Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Sudanda 100 min aclıqdan əziyyət çəkir, daha 1 milyon insan isə aclıq həddindədir.

"Report"un məlumatına görə, bununla bağlı BMT-ın Ərzaq və Kənd təsərrüfatı təşkilatının, YUNİCEF və Ümumdünya Ərzaq Proqramının yaydığı birgə məlumatda bildirilir.

Məlumatda həmçinin vurğulanır ki, beş milyona yaxın insan təcili ərzaq köməyinə ehtiyac duyur. Qeyd edək ki, bazar ertəsi günü Afrikanın bu ölkəsinin dövlət orqanları bir sıra ərazilərdə sakinlərin aclıq çəkdiyini bildirib.

Aclıq hazırda ölkənin şimal, mərkəzi hissələrində, eləcə də Yuniti ştatında daha çox tüğyan edir. Qida çatışmazlığının rəsmi şəkildə elan edilməsi insanların artıq aclıqdan ölməyə başladığını göstərir.

Cari vəziyyət üç il əvvəl döyüş əməliyyatlarının başlanğıcı anından ərzaq təhlükəsizliyi sahəsində ən ciddi faciədir. 

Son xəbərlər

Orphus sistemi