Yuxarı
    Bağlamaq

    Cənubi Koreyanın yeni prezidenti yeni baş nazir təyin edib

    Mun Çje İnin Milli Kəşfiyyat Xidməti, Silahlı Qüvvələrin Baş Qərargahı və prezidentin mühafizəsinə də yeni başçılar təyin edəcəyi gözlənilir

    Bakı. 10 may. REPORT.AZ/ Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn Çolla-Namdo əyalətinin keçmiş qubernatoru Li Nak Yonu ölkənin baş naziri təyin edib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident Adminstrasiyası məlumat yaylb.

    İnformasiyaya əsasən, Mun Çje İn Milli Kəşfiyyat Xidməti, Silahlı Qüvvələrin Baş Qərargahı və Prezidentin Mühafizə Xidmətinə də yeni başçılar təyin edəcək.

    Qeyd edək ki, Mun Cje İn mayın 9-da keçirilən növbədənkənar prezident seçkisində 41,1 faiz səs toplayaraq, qalib gəlib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi