Cənubi Koreyanın prezidenti: “Donald Trampa Nobel Sülh mükafatı verilməlidir”

Cənubi Koreyanın prezidenti: “Donald Trampa Nobel Sülh mükafatı verilməlidir” Bakı. 30 aprel. REPORT.AZ/ “ABŞ prezidenti Donald Trampa Nobel Sülh mükafatı verilməlidir”.
Digər ölkələr
30 Aprel , 2018 15:28
Cənubi Koreyanın prezidenti: “Donald Trampa Nobel Sülh mükafatı verilməlidir”
Cənubi Koreyanın prezidenti Mun Çje İn / REUTERS/Kim Hong-Ji

Bakı. 30 aprel. REPORT.AZ/ “ABŞ prezidenti Donald Trampa Nobel Sülh mükafatı verilməlidir”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın prezidenti Mun Çje İn hökumətin iclasında açıqlayıb.

O hesab edir ki, Şimali Koreyanın nüvə proqramının qarşısının alınması istiqamətində göstədiyi səylərə görə Donald Tramp Nobel Sülh Mükafatına layiqdir.

Xatırladaq ki, aprelin 27-də sərhədyanı Pxanmunc məntəqəsində Şimli Koreyanın lideri Kim Çen Inla Cənubi Koreyanın prezidenti Mun Çje İn arasında görüş olub. Şimali Koreya nüvə texnologiyası istiqamətində fəaliyyətini dayandırdığını bildirib. 

Son xəbərlər

Orphus sistemi