Cənubi Koreyanın məhbus eks-prezidenti əfv edilib

Cənubi Koreyanın məhbus eks-prezidenti əfv edilib Cənubi Koreya Prezidenti Muş Ce həbsdə olan 69 yaşlı keçmiş Prezident Pak Kın Xeni əfv edib.
Digər ölkələr
24 dekabr 2021 08:24
Cənubi Koreyanın məhbus eks-prezidenti əfv edilib

Cənubi Koreya Prezidenti Mun Çje İn həbsdə olan 69 yaşlı keçmiş dövlət başçısı Pak Kın Xeni əfv edib.

“Report” “CNN Turk”ə istinadən xəbər verir ki, eks-prezident səhhəti ilə əlaqədar əfv olunanlar siyahısına daxil olunub.

Xatırladaq ki, Pak Kın Xe 2018-ci ildə korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq 22 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Cənubi Koreyanın sabiq Prezidenti Pak Kın Xe 2017-ci il martın 21-də dindirilib. Ölkə prokurorluğu ona qarşı 13 korrupsiya faktı üzrə cinayət işi başlamışdı. Keçmiş Prezidentin də adı korrupsiya qalmaqalında hallandığından ona 2016-cı il dekabrın 9-da impiçment elan edilmişdi. 2017-ci il martın 10-da isə Konstitusiya Məhkəməsi sabiq Prezidentin impiçmentinin təsdiqlənməsi haqqında qərar qəbul etmişdi.

2017-ci il mayın 9-da Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilib. Taburo Demokrat Partiyasının lideri Mun Çje İn Prezident seçilib.

Son xəbərlər

Orphus sistemi