Cənubi Koreyanın kimya zavodunda xlor sızmasından 3 nəfər zəhərlənib

Cənubi Koreyanın kimya zavodunda xlor sızmasından 3 nəfər zəhərlənib Hadisə Ulşan şəhərindəki müəssisədə baş verib
Digər ölkələr
17 May , 2018 06:50
Cənubi Koreyanın kimya zavodunda xlor sızmasından 3 nəfər zəhərlənib

Bakı. 17 may. REPORT.AZ/ Cümə axşamı Cənubi Koreyanın Ulsan şəhərindəki kimya zavodunda xlor sızması nəticəsində üç nəfər zərər çəkib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə polis nümayəndəsi məlumat verib.

Hadisə "Hanwha" şirkətinə məxsus müəssisədə baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, zavodun ən azı üç əməkdaşı zəhərlənib. Onların vəziyyəti və hadisənin digər detalları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi