Cənubi Koreyanın keçmiş prezidenti daha 8 il həbs cəzasına məhkum edilib

Cənubi Koreyanın keçmiş prezidenti daha 8 il həbs cəzasına məhkum edilib Bakı. 20 iyul. REPORT.AZ/ Cənubi Koreyada məhkəmə keçmiş ölkə başçısı Pak Kın Heni dövlət vəsaitini israfçılıqla xərclədiyinə və partiya fəaliyyətinə müdaxilə etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum etmək qərarına gəlib.
Digər ölkələr
20 İyul , 2018 10:54
Cənubi Koreyanın keçmiş prezidenti daha 8 il həbs cəzasına məhkum edilib
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Cənubi Koreyada məhkəmə keçmiş ölkə başçısı Pak Kın Heni dövlət vəsaitini israfçılıqla xərclədiyinə və partiya fəaliyyətinə müdaxilə etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum etmək qərarına gəlib.

"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, xanım He ölkənin Milli Kəşfiyyat Agentliyinin büdcəsindən vəsait aldığına görə 6, hakim partiyanın seçki namizədlərinin təyin edilməsindəki qanunsuz iştirakına görə isə 2 illik həbs cəzasına məhkum edilib.

Bundan başqa, o, 3,3 milyard von (təxminən 3 milyon ABŞ dolları) cərimə ödəməlidir.

Xatırladaq ki, Cənubi Koreyanın keçmiş prezidenti bundan əvvəl korrupsiyaya görə də 24 il azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi