Cənubi Koreyanın ədliyyə naziri təyinatından bir ay sonra istefa verib

Cənubi Koreyanın ədliyyə naziri təyinatından bir ay sonra istefa verib Cənubi Koreyanın ədliyyə naziri Ço Quk vəzifəyə təyin olunandan bir ay sonra istefa verib.
Digər ölkələr
14 Oktyabr , 2019 11:46
Cənubi Koreyanın ədliyyə naziri təyinatından bir ay sonra istefa verib

Cənubi Koreyanın ədliyyə naziri Ço Quk vəzifəyə təyin olunandan bir ay sonra istefa verib.

"Report" "RİA Novosti"yə istinadən bildirir ki, buna səbəb ölkədə yaşanan korrupsiya qalmaqalıdır. 

Belə ki, son həftələrdə Seulda kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar Ço Qukun islahatlar aparmaq istədiyi prokurorluğun elə onun öz ailəsinə qarşı korrupsiya, xüsusən də nazirin qızını Tibb Universitetinə düzəltməyə cəhd göstərmək şübhəsi ilə istintaq başlatmasından sonra nazirin istefasını tələb ediblər.

"Ailəmlə bağlı proseslərə görə xalq qarşısında özümü günahkar hiss edirəm, amma bütün səylərim prokurorluq sistemində islahatlar aparmaq üçün idi. İndi isə islahatlardakı rolum başa çatıb", - Ço Quk deyib.

Qeyd edək ki, nazir təyin olunana qədər Ço Quk 2017-ci ildə növbədənkənar seçkidə qalib gələn Koreya Prezidenti Mun Çje İnin administrasiyasında çalışıb.

Son xəbərlər

Orphus sistemi