Cənubi Koreyada yanğın zamanı 40-a yaxın şəxs ölüb - FOTO

Cənubi Koreyada yanğın zamanı 40-a yaxın şəxs ölüb - FOTO Сənubi Koreyanın paytaxtı Seul yaxınlığındakı anbarın inşaat meydançasında baş vermiş güclü yanğın nəticəsində azı 38 işçi həlak olub, daha 10 nəfər xəsarət alıb.
Digər ölkələr
30 Aprel , 2020 03:48
Cənubi Koreyada yanğın zamanı 40-a yaxın şəxs ölüb - FOTO

Сənubi Koreyanın paytaxtı Seul yaxınlığındakı anbarın inşaat meydançasında baş vermiş güclü yanğın nəticəsində azı 38 işçi həlak olub, daha 10 nəfər xəsarət alıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın yanğınsöndürmə orqanı bildirib.

Məlumata görə, yanğın İçxon şəhərində dördmərtəbəli binada olub. Yanğınsöndürənlər alovu ancaq dünən axşam söndürə biliblər.

Hadisə zamanı xəsarət almış səkkiz nəfər ağır vəziyyətdədir. Güman edilir ki, yanğın tikinti işləri zamanı baş vermiş partlayış zamanı yaranıb.

Hadisənin şahidləri qeyd ediblər ki, çoxsaylı partlayış səsləri eşidiblər.

"Atəş görünür, olduqca tez yayılıb və insanları yanğın zamanı təxliyyə edilə bilməyiblər", - yanğınsöndürənlər bildirib.

Son xəbərlər

Orphus sistemi