Bakı. 22 fevral. REPORT.AZ/ Cənubi Koreyada tələbələri daşıyan turistik avtobusu sürətli yolda 5 metr hündürlükdən aşağı yuvarlanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 40 nəfər xəsarət alıb.
Qəza Çhunçhon-Pukto əyalətinin Tanyan qəzasında sürüşkən yolda baş verib.
Hazırda yerli xilasetmə qüvvələri avtobus sərnişinləri arasında ölən adamın olub-olmadığını dəqiqləşdirir.