Cənubi Koreyada sürət qatarı relsdən çıxıb, 14 yaralı var

Cənubi Koreyada sürət qatarı relsdən çıxıb, 14 yaralı var Bakı. 8 dekabr. REPORT.AZ/ Cənubi Koreyada sürət qatarının relsdən çıxması nəticəsində 14 nəfər xəsarət alıb.
Digər ölkələr
8 Dekabr , 2018 07:40
Cənubi Koreyada sürət qatarı relsdən çıxıb, 14 yaralı var

Bakı. 8 dekabr. REPORT.AZ/ Cənubi Koreyada sürət qatarının relsdən çıxması nəticəsində 14 nəfər xəsarət alıb.

"Report" "Yonhap"a istinadən xəbər verir ki, ölkənin Kannın şəhərində paytaxt Seul istiqamətində hərəkətdə olan qatar yola düşdükdən 5 dəqiqə sonra qəzaya uğrayıb.

Qatarda 198 sərnişin olub. Bildirilir ki, qatarın demək olar ki, 10 vaqonunun hamısı relsdən çıxıb. Hadisənin səbəbləri məlum deyil.

Xəsarət alan şəxslər yüngül zədələrlə xəstəxanalara yerləşdiriliblər. Yerdə qalan sərnişinlər avtobuslarla digər stansiyalara aparılıblar.

Bundan əvvəl Missisipidə qatarla furqon toqquşub.

Son xəbərlər

Orphus sistemi