Cənubi Koreyanın Kyanqido əyalətinin Gimpo şəhərində qocalar evində baş verən yanğın zamanı 2 nəfər ölüb, 47 nəfər isə yaralanıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, qocalar evindən 132 nəfər təxliyyə edilib.
Yaralılardan 8-nin vəziyyəti ağırdır.
Yanğınsöndürənlər alovun reanimasiya və fizioterapiya otaqlarının yerləşdiyi dördüncü mərtəbədə, qazanxanada başladığını düşünürlər.
Hüquq-mühafizə orqanları faktla bağlı istintaqa başlayıb.