Cənubi Koreyada 250 min insan prezident əleyhinə mitinq keçirib

Cənubi Koreyada 250 min insan prezident əleyhinə mitinq keçirib Onlar Konstitusiya Məhkəməsindən prezidentin impiçment haqda qərarın qəbulunu tezləşdirməyi tələb ediblər
Digər ölkələr
24 Dekabr , 2016 19:57
Cənubi Koreyada 250 min insan prezident əleyhinə mitinq keçirib

Bakı. 24 dekabr. REPORT.AZ/ Cənubi Koreyada yüz minlərlə insan küçələrə çıxaraq prezident Pak Kın Xe əleyhinə keçirilən mitinqə qatılıb.

"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi məlumat yayıb.

Məlumata görə, aksiyada 250 mindən çox insan iştirak edib. Onlar Konstitusiya Məhkəməsindən prezidentin impiçment haqda qərarın qəbulunu tezləşdirməyi tələb ediblər. Aksiya insidentsiz başa çatıb.

Agentlik xəbər verir ki, bu, prezident əleyhinə keçirilən doqquzuncu aksiyadır. Artıq iki aydan çoxdur, həftənin şənbə günləri yüz minlərlə insan dövlət başçısının istefası tələbi ilə mitinq keçirir.

Son xəbərlər

Orphus sistemi