Cənubi Koreyada növbədənkənar prezident seçkisinin ilkin tarixi açıqlanıb

Cənubi Koreyada növbədənkənar prezident seçkisinin ilkin tarixi açıqlanıb Cənubi Koreyanın Konstitusiya Məhkəməsi martın 10-da keçiriləcək iclasında ölkə Prezidenti Pak Kın Xeyə impicment məsələsinə baxacaq
Digər ölkələr
9 Mart , 2017 14:30
Cənubi Koreyada növbədənkənar prezident seçkisinin ilkin tarixi açıqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ Cənubi Koreyada prezident seçkisinin mayın 9-da keçiriləcəyi gözlənilir.

“Report” “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, sabah Cənubi Koreyanın Konstitusiya Məhkəməsinin iclası keçiriləcək. 

Məhkəmə ölkə Prezidenti Pak Kın Xeyə parlamentin göstərdiyi impicmenti dəstəkləyərsə, o zaman növbədənkənar seçkinin iki aydan sonra keçiriləcəyi elan ediləcək.

Sonuncu rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 78 faizi Pak Kın Xenin prezidentliyinin vaxtından qabaq başa çatmasını dəstəkləyir.

Məlumata görə, 5 nəfər ölkə prezidenti vəzifəsi uğurunda mübarizə aparacağını açıqlayıb. Onların arasında ən şanslısı müxalifətdə olan “Taburo” Demokrat Partiyasının lideri Mun Çje İn sayılır.

Qeyd edək ki, Prezident Pak Kın Xenin adı korrupsiya qalmaqalında hallandığından ona ötən il dekabrın 9-da impiçmenti elan edilib. Dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirir.

Bir müddət əvvəl Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanırdı. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq, iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən çox şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər.

Son xəbərlər

Orphus sistemi