Cənubi Koreyada neft çəni partlayıb

Cənubi Koreyada neft çəni partlayıb Cənubi Koreyanın Ulsan şəhərində “United Terminal Korea” şirkətinin zavodunda neft çəni partlayıb.
Digər ölkələr
10 fevral 2025 07:14
Cənubi Koreyada neft çəni partlayıb

Cənubi Koreyanın Ulsan şəhərində “United Terminal Korea” şirkətinin zavodunda neft çəni partlayıb.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Agentliyin məlumatına görə, yanğının söndürülməsinə 23 texnika cəlb edilib.

Partlayışın baş verdiyi “United Terminal Korea” şirkətinin zavodu Onsan sənaye kompleksinin ərazisində yerləşir. Müəssisə maye yüklərin saxlanması və daşınması üçün avadanlıq istehsalı ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi