Cənubi Koreyada 12 nəfər leysan yağışların qurbanı olub

Cənubi Koreyada 12 nəfər leysan yağışların qurbanı olub Cənubi Koreya Respublikasında leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələrin qurbanlarının sayı 4 gün ərzində 12 nəfər təşkil edib, daha 14 nəfər itkin düşmüş hesab edilirlər, eyni zamanda 7 nəfər xəsarət alıb.
Digər ölkələr
4 Avqust , 2020 06:54
Cənubi Koreyada 12 nəfər leysan yağışların qurbanı olub
0 : 00
0 : 00

Cənubi Koreya Respublikasında leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri qurbanlarının sayı 4 gün ərzində 12 nəfər təşkil edib, daha 14 nəfər itkin düşmüş hesab edilir, eyni zamanda 7 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərə və Qəzalara əks təsir üzrə Mərkəzi Qərargahı bildirib.

Məlumata görə, ölənlərdən biri Seul sakinidir, eyni zamanda Kyonqido əyalətinin yeddi və Çxunçxon-Puktonun dörd sakini təbii hadisənin qurbanı olub.

Ölkədə 600-dən çox yaşayış evinə zərər vurulub, 5 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb. Torpaq sürüşməsi və daşqınlarla əlaqədar minsən çox insan təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi