Cənubi Koreyada koronavirusla bağlı son vəziyyət

Cənubi Koreyada koronavirusla bağlı son vəziyyət Cənubi Koreyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 40 nəfər artaraq 11 265-ə çatıb.
Digər ölkələr
163
27 May , 2020 07:44
Cənubi Koreyada koronavirusla bağlı son vəziyyət

Cənubi Koreyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 40 nəfər artaraq 11 265-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi bildirib.

Qeyd olunub ki, 10,3 min xəstə müalicə alaraq sağalıb.

Son bir gün ərzində xəstəxanadan 20 pasiyent sağalaraq evə buraxılıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Bütövlükdə 10 295 xəstə müalicə alaraq sağalıb. İnfeksiyadan ölüm sayı dəyişməz olaraq qalıb – 296 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu ötüb. Bunların 2,4 milyon nəfərdən çoxu sağalıb, 350 mindən çoxu isə ölüb.

Son xəbərlər

Orphus sistemi