Son gün ərzində Cənubi Koreyada koronavirusa 104 yeni yoluxma qeydə alınıb.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Mərkəz bildirib.
Qeyd edilir ki, ölkədə rekord sayda - 414 sağalma qeydə alınıb. COVID-19-a yoluxanların ümumi sayı 9 241 nəfərə çatıb, 131 nəfər virusdan ölüb.
Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası adlandırılıb. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanğıcı artıq üçüncü dəfədir (bu dəfə 6 aprelədək) təxirə salınıb.
Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.